Menu

Brüsseldə terror əməliyyatı: 3 polis yaralanıb

16.03.2016, 00:15
Brüsseldə terror əməliyyatı: 3 polis yaralanıb

Belçikanın paytaxtı Brüsseldə noyabrın 13-də Parisdə törədilən terror aktı ilə bağlı əməliyyat keçirilib. Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, Belçika polisinin əməliyyatı zamanı bir neçə dəfə atəş açılıb.

Məlumata görə, polis ilə kalaşnikovlu şübhəlilər arasında qarşıdurma yaşanıb.

Son məlumatlara görə, əməliyyat zamanı 3 polis əməkdaşı yaralanıb, iki şübhəli isə hadisə yerindən qaçıb.

Şübhəlilərin tapılması istiqamətində axtarışlar davam edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol