Menu

Mərmər sexində ölənlərin adları məlum oldu

17.03.2016, 10:34
Mərmər sexində ölənlərin adları məlum oldu

Ötən gecə Bakıda Mərmər sexində baş verən hadisə nəticəsində ölən fəhlələrin adları məlum olub. Hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, hadisə martın 16-da gecə saat 22 radələrində Bakının Suraxanı rayonu, S.Əliyev küçəsində Bakı şəhər sakini Əzimov Bayram Mahir oğluna məxsus mərmər sexində baş verib.

Həmin sexdə İran vətəndaşı Soleymani Bəhram Məhəmməd oğluna məxsus "Dang-Fang" markalı 25-D-65910 və 25-D-66-010 nömrə nişanlı yük maşınından mərmər listlər boşaldılarkən mərmərlər aşıb. Hadisə nəticəsində yükü boşaldan, 1961-ci il təvəllüdlü Murad Həsənov və 1989-cu il təvəllüdlü Zeynalov Məhəmməd Məhərrəm oğlu mərmərlərin altında qalaraq ölüb.

Hadisə yerinə Suraxanı rayon hüquq-mühafizə orqanları əməkdaşları gəlib, hadisə yerinin ekspetrizası aparılıb, meyitlər məhkəmə tibb ekspertizasından keçirilib.

Faktla bağlı Suraxanı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (Əmək mühafizəsi qaydalarını pozma-eyni əməllər ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol