"Krım hadisələri Dağlıq Qarabağ münaqişəsinin həllini uzadacaq. Lakin böyük ehtimalla Rusiya özünün düzgün siyasət apardığını nümayiş etdirməkdən ötrü, Dağlıq Qarabağın Azərbaycana geri qaytarılmasında böyük jest göstərəcək."
Bunları AzPolitika.info-a eksklüziv açıqlamasında Rusiya Dumasının azərbaycanlı deputatı Rafiq Qafarov deyib.
R.Qafarovun fikrincə, bəzi erməni ekspertlərinin Rusiyanın Krımı özünə birləşdirə bilərsə, növbəti hədəfinin Dağlıq Qarabağ olacağı haqda fikirləri tam əsassızdır.
“Qarabağ Rusiyaya bir yük kimi heç vaxt lazım olmayıb. Sadəcə Qarabağ onlara Azərbaycanı gərgin vəziyyətdə saxlamaq üçün lazımdır."


Şərhlər