Menu

Nemət Pənahlı azadlıqda - FOTOLAR

18.03.2016, 09:43
Nemət Pənahlı azadlıqda - FOTOLAR

Martın 17-də Prezident İlham Əliyev tərəfindən imzalanmış əfv sərəncamının icrası davam edir. Musavat.com-un verdiyi məlumata görə, əfv siyahısında adı olan məşhur siyasilərdən biri də, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlıdır.

Müxbirimiz Cavanşir Abbaslının verdiyi xəbərə görə, partiya sədri bu gün səhər saatlarında Penitensiar xidmətin müalicə müəssisəsindən azadlığa buraxılıb. Onu ailəsi ilə yanaşı, bir çox təfədarı qarşılayıb, ayaqlarının altında qurban kəsiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol