Menu

Daha 7 “Ergenekon” məhbusu azad edildi

12.03.2014, 20:35
Daha 7 “Ergenekon” məhbusu azad edildi

Martın 12-də Türkiyədə “Ergenekon” məhbuslarının azad edilməsi prosesi davam edib. Musavat.com Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, İstanbul 2-ci Ağır Cəza Məhkəməsinin qərarı ilə 6 il 2 ay həbsdə saxlanan Sevgi Erenerol, ehtiyatda olan polkovnik Fikri Karadağ azadlığa çıxıb.

Bir neçə saat sonra isə daha 5 məhbus - Zekeriya Öztürk, Hasan Ataman Yıldırım, Erkan Önsel, Turhan Özlü və Mehmet Bedri Gültekin haqqında həbs-qətimkan tədbiri dəyişdirilib.

Adı çəkilən şəxslər azadlığa çıxsalar da məhkəmə onların Türkiyəni tərk etməsinə yasaq qoyub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol