Menu

Terrorçu "YPG" Bəşər Əsədin 60 silahlısını girov götürüb

18.03.2016, 16:13
Terrorçu "YPG" Bəşər Əsədin 60 silahlısını girov götürüb

Terrorçu PKK-nın Suriyadakı qollarından biri "YPG"nin silahlıları ölkənin şimalındakı Kamışlı rayonunda Bəşər Əsəd rejiminə bağlı 60 əsgəri girov götürüb.

"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu haqda Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı məlumat yayıb.

Məlumata görə, "YPG" Bəşər Əsəd rejiminə aid hərbçilərin olduğu binanı top atəşinə də tutub.

"Al-Jazeera" bildirib ki, terrorçular Kamışlının böyük bir hissəsinə nəzarət etsə də, rayonun qalan ərazisində isə əsədçi silahlılar yerləşib. Bundan başqa, rayondakı hava limanı da Bəşər Əsədə aid qüvvələrin nəzarəti altındadır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol