Daxili işlər orqanlarında yeni təyinat olub. "AzPolitika.info"nun məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Nərimanov rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinin rəisi, polkovnik-leytenant Hikmət Usubov Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Qeyd edək ki, bir neçə gün öncə 24-cü Polis Bölməsinin rəisi Etibar Balakişiyev tutduğu vəzifədən azad edilərək, Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Bölməsinin rəisi vəzifəsinə təyin olunub.
Daxili işlər orqanlarındakı mənbələrdən "AzPolitika.info"ya o da məlum olub ki, Hikmət Usubovun 24-cü Polis Bölməsinə rəis göndərilməsinin əsas səbəblərindən biri həmin ərazidə açılmamış cinayətlərin sayının çox olması ilə bağlıdır.
AzPolitika.info


Şərhlər