Menu

Netanyahudan İstanbul terroruna dair açıqlama gəldi

20.03.2016, 20:11
Netanyahudan İstanbul terroruna dair açıqlama gəldi

İsrailin baş naziri Binyamin Netanyahu Taksimdə baş verən terror aktına dair açıqlama verib.

Musavat.com xəbər verir ki, baş nazir Türkiyədə terror qurbanı olanların ailələrinə başsağlığı, yaralılara şəfa diləyib.

Netanyahu qanlı hadisə barəsində bunları deyib: “Cənazələri almaq üçün İsrail müdafiə qüvvələrindən bir heyəti İstanbula göndərdik. Terrorizm dünyaya ölüm saçmaqda davam edir. İsrail qlobal terrorla müarizədə ön sıralardadır. Kim terrorizmi qınamırsa, deməli onu dəstəkləyir”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol