Xarici KİV-in yaydığı məlumata görə, Fransanın eks-prezidenti Nikolya Sarkozi deyib ki, Türkiyə Rusiyadan xeyli az Avropa ölkəsidir və Avropa İttifaqında ona yer yoxdur (TASS).
O, qeyd edib ki, Türkiyənin Avropa İttifaqına qoşulması sağlam düşüncə ilə zidiyyət təşkil edir - bu ölkə bir çox məsələlərdə Rusiyadan xeyli az Avropa dövlətidir. Bu fikirləri o, şənbə günü «iTELE» telekanalına verdiyi müsahibədə səsləndirib.
Sarkozi deyib: «Türkiyə Kiçik Asiyada yerləşir. O, nəhəng dövlətdir, nəhəng sivilizasiyadır. Amma yalnız Asiya ilə Avropa arasında körpüdür. Avropa İttifaqında Türkiyəyə yer yoxdur - mən hər zaman bu mövqedən çıxış etmişəm. Fikirlərim sağlam düşüncəyə əsaslanır. Bu, heç də o demək deyil ki, mənim türklərə qarşı hansısa niyyətim var. Onlar bizə lazımdırlar, onlar bizim NATO çərçivəsində müttəfiqimizdirlər. Amma biz Türkiyənin Avropa olduğunu elan edərkən, məktəblilərə izah etməli oluruq ki, Avropanın sərhədləri Suriyadan keçir. Bu, sağlam düşüncəyə sığmır».
Qeyd edək ki, N.Sarkozi hazırda aparıcı müxalif «Respublikaçılar» partiyasına başçılıq edir.
Türkiyəni Avropa İttifaqında görmək istəməməsi barədə suallara cavab verən Sarkozi qeyd edib ki, məsələ təkcə müasir Türkiyə dövlətinin bir sıra Avropa demokratik standartlarına cavab verməməsində deyil: «Məsələ bunda deyil. Avropaya hansı ideyanı aşılayırıq? Avropa İttifaqı - Avropa ölkələrinin ittifaqıdır. Hətta coğrafi mənada belə, Türkiyə Avropa ilə tək bircə Bosforla hüdudlanır. Sonra isə sual yaranır: Tarixi, mədəni, iqtisadi baxımdan Türkiyə nə qədər Avropa ölkəsi sayıla bilər? Əgər biz bunu təsdiqləsək, deməli Avropa İttifaqının ölməsini istəyirik. Əgər söhbət Türkiyənin bu ittifaqa qoşulmasından gedərsə, icazə verin deyim ki, o zaman Rusiya Türkiyədən daha çox Avropa ölkəsidir».
Redaksiyadan: Təsəvvür edirsinizmi, indiki həssas məqamda Avropanın bu simasızlığı hansı nəticələrə gətirib çıxara bilər? Avropa həmişə belə, namərd kimi davranıb!
AzPolitika.info


Şərhlər