London polisi SAS xüsusi təyinatlılarla birgə Böyük Britaniyanın paytaxtına seriya terror aktlarına hazırlıq barədə əmrə müvafiq şəkildə işləyir. Güc təmsilçilərinə eyni vaxta 10 terror hücumuna hazırlaşmaq göstərişi verilib. Musavat.com-un məlumatına görə, bu barədə “Times” nəşri yazıb.
“Biz eyni vaxtda üç hücum zamanı hərəkət planına öyrəşmişik. Ancaq Parisdəki hadisələr göstərdi ki, daha çox sayda hücumlara hazır olmaq lazımdır. Biz hazırıq, əgər kimsə 7, 8, 9, 10 terror hücumu edəcəksə”, – deyə vəziyyəti şərh edən yüksək çinli məmur söyləyib.
Məlumata görə, zərurət yaranarsa, polis və xüsusi təyinatlılara London yaxınlığında dislokasiya olunan hərbi alaylar da kömək edəcək. Oksfordşirdə güc nümayəndələrindən ibarət olan və əsas vəzifəsi Britaniya paytaxtında kimyəvi və bioloji təhlükələri təcili aradan qaldırmaq olan ayrıca komanda yaradılır.
“Beləcə, hökumət Suriyadan qayıdan terrorçuların mümkün hücumlarına hazırlaşır” - nəşr qeyd edib.


Şərhlər