Menu

Türkiyədə 22 terrorçu öldürüldü

21.03.2016, 17:46
Türkiyədə 22 terrorçu öldürüldü

Türkiyədə PKK terror təşkilatına qarşı antiterror əməliyyatları davam edir.

APA-nın Türkiyənin “Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, dünən Şırnak, Nusaybin və Yüksəkovada aparılan əməliyyatlar zamanı 22 PKK terrorçusu zərərsizləşdirilib.

Antiterror əməliyyatları zamanı dünən və bu gün səhər 2 polis məmuru, bu gün isə Nusaybində 3 əsgər şəhid olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol