Menu

"Neftin qiyməti artmağa başlayacaq"- OPEK baş katibi

21.03.2016, 22:20

neft32-dolla5435345rNeft ixrac edən ölkələr kartelinin (OPEK) baş katibi Abdullah əl-Bədri hesab edir ki, aprelin 17-də Qətərin paytaxtı Doha şəhərində keçirilməsi nəzərdə tutulan neft ixracatçılarının görüşü uğurla başa çata bilər. Virtualaz.org TASS agentliyinə istinadən bildirir ki, bu bəyanatla o, bazar ertəsi günü Avstriya paytaxtında təşkil olunmuş mətbuat konfransında çıxış edib.

Əl-Bədrinin sözlərinə görə, tərəflər öncə neft hasilatı həcminin mümkün dondurulması üzrə razılığa gəlməli, daha sonra isə perspektiv vəziyyəti müzakirə etməlidirlər.

OPEK baş katibi onu da əlavə edib ki, neftin qiyməti artaraq «normal», lakin yüksək olmayan həddə çatacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol