Menu

"Əsas məqsəd Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir" - Ceyms Uorlik

23.03.2016, 11:58
"Əsas məqsəd Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir" - Ceyms Uorlik

“ATƏT-in Minsk qrupu həmsədrlərinin ən əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllidir”. APA-nın məlumatına görə, bunu ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik “Amerikanın səsi” radiosuna müsahibəsində deyib. Onun sözlərinə görə, atəşkəs rejimini pozmaq cəhdləri narahatlıq yaradır: “Ən böyük təlaş yaradan məsələsi isə dinc əhali arasında itkilərin olmasıdır. Biz ağır artilleriyadan istifadəni pisləyirik”.

Ceyms Uorlik bildirib ki, həmsədrlər tərəflərin razılaşması və atəşkəs rejiminin möhkəmlənməsinə yönəlmiş istənilən təklifi dəstəkləyir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol