Menu

Türkiyə Hərbi Hava Qüvvələri PKK düşərgələrini bombalayıb

23.03.2016, 16:08
Türkiyə Hərbi Hava Qüvvələri PKK düşərgələrini bombalayıb

Türkiyə Hərbi Hava Qüvvələri PKK terror təşkilatının mövqelərini bombalayıb.

APA-nın Anadolu agentliyinə istinadən verdiyi məlumata görə, dünən yerli vaxtla saat 14:15-14:30 radələrində Hakkari vilayətinin Şəmdinli rayonunda dağlıq ərazidə PKK terror təşkilatına aid hədəflər qırıcı təyyarələr tərəfindən bombalanıb.

Bu gecə isə Şimali İraqdakı PKK düşərgələrinə hava hücumu olub. Gecə saat 01:12-02.30 radələrində Türkiyə Hərbi Hava Qüvvələrinin 13 qırıcı təyyarəsi Şimali İraqdakı Hakkurk bölgəsində aşkar edilən PKK hədəflərinə zərbə endirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol