Menu

İstanbulda 3 potensial terrorçu saxlanılıb

23.03.2016, 16:28
İstanbulda 3 potensial terrorçu saxlanılıb

Türkiyə və Almaniya kəşfiyyatlarının məlumatına əsasən İstanbul Terrorizmlə Mübarizə İdarəsi tərəfindən İstanbul şəhərində keçirilən əməliyyatlar zamanı Türkiyə, Suriya və İraq vətəndaşı olan 3 nəfər saxlanılıb.

Trend-in “Haber7” qəzetinə istinadən verdiyi məlumata görə, həmin şəxslərin İstanbulda terror aktı törətmək planları olduğu bildirilir.

Saxlanılanların PKK və İŞİD terror təşkilatları ilə əlaqədə olduqları da deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol