Menu

“Ukrayna ətrafında böyük informasiya müharibəsi gedir” – Rusiyalı politoloq

13.03.2014, 17:57
“Ukrayna ətrafında böyük informasiya müharibəsi gedir” – Rusiyalı politoloq

“Ukraynada və Ukrayna ətrafında böyük informasiya müharibəsi gedir”. Bunu AzPolitika.info-ya açıqlamasında Rusiyanın Konstruktiv Siyasət Mərkəzinin rəhbəri, politoloq Abdul Nağıyev mətbuatda Rusiya əsgərlərinin Krımda 20 qızı zorlaması ilə bağlı yayılan informasiyaya münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, böyük ehtimalla, mətbuatda yayılan bu informasiya provokasiya xarakterlidir:

“Rusiya hərbçilərinin bu cür vəhşilik törədə bilmələrinə şübhə ilə yanaşıram. Hesab edirəm ki, bu ağır cinayəti törətmiş şəxs kimliyindən və vətəndaşlığından asılı olmayaraq ciddi sürətdə cəzalandırılmalıdır”.

Qeyd edək ki, xarici mətbuatın yaydığı məlumata görə, Rusiya hərbçiləri Krımda 20 qızı zorlayıblar. Zərərçəkənlərin xəstəxaya qaldırıldıqları bildirilir.

Ülkər Musazadə

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol