Menu

“Ukrayana dövlətçiliyini itirə bilər” - Viktor Yuşşenko

24.03.2016, 01:11
“Ukrayana dövlətçiliyini itirə bilər” - Viktor Yuşşenko

“Ukrayna dilinin yox olması Ukrayna dövlətçiliyinin itirilməsinə gətirəcək”. Musavat.com-un məlumatına görə, bu barədə Ukraynanın sabiq prezidenti Viktor Yuşşenko bildirib.

“Kiyevi gəzin, vitrinlərə baxın. Siz deyəcəksiniz ki, müstəqil Ukraynanın paytaxtında yaşayırsınız? Bu haradasa Tuladan o tərəfi xatırladır, orada – Ural yaxınlığında belə bir dil eşidə bilərsiniz. Bu, artıq başqa mədəniyyətdir, çünki milliliyin mahiyyəti – dildir. Əgər siz dilinizi itirmisinizsə, dövlətçiliyi də itirəcəksiniz” – deyib eks-prezident.

Fevralda Yuşşenko ölkədə yeni inqilab haqda xəbərdarlıq edərək bildirmişdi ki, “Ukrayna hazırda yarımdağılmış ölkə mərhələsindən keçdir”. Sabiq dövlət başçısı belə bir fikirlə də razıdır ki, post-Maydan hökuməti irəliyə güclü sıçrayış eləmək şansını itirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol