Menu

Dodaq oxuma texnologiyasında inqilab

25.03.2016, 18:34
Dodaq oxuma texnologiyasında inqilab

Böyük Britaniyada alimlər təhlükəsizlik kamerasında görüntülənən insanların dedikləri sözləri müəyyənləşdirəcək yeni bir texnologiya kəşf edib.

Norwich şəhərində yerləşən East Anglia Universitetinin tədqiqatçıları yeni texnologiyanın "mütəşəkkil cinayət və terrorla mübarizədə" istifadə ediləcəyini deyir.

Lakin bu texnologiyadan paparazzilərin də istifadə edəcəyi güman edilir.

Bundan əvvəlki "dodaq oxuyucu"ları adətən "P" və "B" hərfləri arasındakı fərqi müəyyənləşdirməkdə çətinlik çəkib.

Yeni texnologiyanın isə bu problemi həll edəcəyi gözlənilir.

Alimlərə görə yeni "dodaq oxuma" texnologiyası süni zəka yaradılmasında da önəmli addımdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol