Menu

Təyyarədə bomba olduğunu bildirən sərxoş sərnişin saxlanılıb

25.03.2016, 20:42
Təyyarədə bomba olduğunu bildirən sərxoş sərnişin saxlanılıb

Bu gün Dubay-Kiyev marşrutu ilə uçan təyyarənin sərnişinlərindən biri təyyarəyə partlayıcı qurğu keçirdiyini bildirib.

APA-nın “censor.net” saytına istinadən verdiyi məlumata görə, təyyarə Kiyevə çatdıqdan sonra Rusiya vətəndaşı, 1956-cı il təvəllüdlü Vasili Mişşuk təyyarədə partlayıcı olduğunu deyib. Təyyarə yoxlanıb və hər hansı partlayıcı aşkar edilməyib. Ukrayna Təhlükəsizlik Xidməti (SBU) sərxoş olduğu bildirilən V. Mişşuku və Viktor Kuçer adlı digər Rusiya vətəndaşını saxlayıb.

Təyyarədə 149 sərnişin olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol