Menu

Əsgər hərbçi yoldaşını güllələyib

14.03.2014, 10:44
Əsgər hərbçi yoldaşını güllələyib

Azərbaycan ordusunun əsgəri hərbçi yoldaşını güllələyib. ANS PRESS-in APA-ya istinadla verdiyi məlumata görə, hadisə ötən gün Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, 20 yaşlı Balamirzə Ağababayevin tabeliyindəki avtomat silahdan açılan atəş onun əsgər yoldaşı, 20 yaşlı Fərid Baxşıyevə dəyib.

Bir güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol