Menu

Zakir Həsənov qoşunların döyüşə hazırolma səviyyəsi ilə bağlı tapşırıq verib

26.03.2016, 17:24

Zakir01Müdafiə nazirinin rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilir ki, martın 26-da Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə nazirin müavinləri, Silahlı Qüvvələr və qoşun növü komandanları, eləcə də birlik komandirlərinin iştirakı ilə xidməti müşavirə keçirilib.

Müşavirədə cari vəziyyət təhlil edilərək konkret tapşırıqlar qoyulub.

Müdafiə naziri qoşunların döyüşə hazırolma səviyyəsinin təftiş edilməsi və hərtərəfli yoxlanılmasına dair Baş Qərargaha müvafiq tapşırıq verib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol