Menu

Sarkisyan ABŞ-a gedir

26.03.2016, 18:23
Sarkisyan ABŞ-a gedir

Ermənistan prezidenti Serj Sarkisyan ABŞ-a səfər edəcək.

Oxu.az prezidentin rəsmi saytına istinadən xəbər verir ki, səfər martın 28-də başlayacaq.

Sarkisyan ilk növbədə Bostona gedəcək. Burada o, Massaçusets ştatının qubernatoru, erməni icmalarının liderləri və Konqress nümayəndələri ilə görüşəcək.

Ermənistan prezidenti həmçinin Massaçusets texnologiya universitetinə baş çəkəcək, universitetin tibbi laboratoriyası ilə tanış olacaq, erməni alimləri və “Luys” fondunun məzunları və təqaüdçüləri ilə görüşdə iştirak edəcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol