Menu

Azərbaycan millisi 2016-ya uğursuz başladı

26.03.2016, 22:00
Azərbaycan millisi 2016-ya uğursuz başladı

Bu gün futbol üzrə Azərbaycan millisi 2016-cı ildə ilk oyununa çıxıb. ANS PRESS-in məlumatına görə, yığmamız Qazaxıstanla yoxlama oyunu keçirib.

Türkiyənin Antalya şəhərindəki “Gloria Sports Arena” stadionunda baş tutan oyunun taleyini bir qol həll edib. 8-ci dəqiqədə fərqlənən Maksat Bayjanov millimizin 2016-cı ildə keçirdiyi ilk oyundan məğlub ayrılmasına səbəb olub.

Bu, Azərbaycan və Qazaxıstan yığmaları arasında 9-cu qarşılaşma olub. Əvvəlki 8 qarşılaşmada komandalar hərəyə 2 qələbə qazanıb, 4 matç "sülh"lə bitib. Top fərqi də eynidir - 12:12.

Bu oyunlardan 2-si "AVRO-2008"in (hər iki oyun 1:1 hesabı ilə başa çatıb), 2-si "AVRO-2012"nin (qazaxlar 2:1, millimiz 3:2 hesablı qələbə qazanıb) seçmə mərhələsində baq tutub. İlk 2 oyunda millimizə Şahin Diniyev, qalan 2 matçda Berti Foqts başçılıq edib. Qalan 4 qarşılama isə yoldaşlıq oyunu xarakteri danşıyıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol