Rusiyanın aparıcı mülki aviasiya şirkəti "Aeroflot" Qazaxıstana uçuşları müvəqqəti olaraq dayandırır.Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, "Aeroflot" nümayəndələrinin sözlərinə görə, martın 26-dan etibarən Qazaxıstan istiqamətində uşuçlar həyata keçirilməyəcək.
"Bu məcburi addımdır. Belə ki, Qazaxıstan tərəfi yay vaxtına keçidlə əlaqədar yenilənmiş uçuş cədvəlini təsdiq etməyib. Halbuki müvafiq sənədlər hələ fevralın 12-də Qazaxıstan tərəfinə təqdim edilib", - deyə aviasiya şirkətinin nümayəndələri qeyd ediblər.
Eyni zamanda, "Air Astana" oxşar səbəblər üzündən Moskvaya və Rusiya hava məkanı vasitəsilə Ulan-Batora uçuşları dayandırıb.


Şərhlər