Türkiyə prezidenti 2023-cü il hədəflərindən dönməyəcəyini açıqlayıb
Ərdoğan bildirib ki, nə zaman “yeni Türkiyə”, “böyük Türkiyə” deyirik, o zaman başımıza izah edilməsi çətin olan hadisələr gəlir. “Türkiyənin cənub sərhədlərində baş verənlərin, terror təşkilatının törətdiyi hadisələrin bir izahı varmı? Biz yol çəkirik, kimsə gəlib dağıdır. Orda bizim kürd qardaşlarımız yaşayır. Belə vicdansızlıq olarmı?”,- deyə Ərdoğan bildirib.
Ümumilikdə, son vaxtlar Türkiyədə vəziyyət daha da gərginləşib. Son bir ay ərzində ölkədə 3 güclü partlayış baş verib. Hadisələrin paytaxda və böyük şəhərlərdə qeydə alınması diqqət çəkməyə bilməz.
Martın 15-də paytaxt Ankarada güclü terror aktı törədilib. Bomba yüklü maşının dayanacaqda partladılması nəticəsində 37 nəfər ölmüş, onlarla insan yaralanmışdı. Daha sonra İstanbulun ən turistik ərazilərindən biri olan İstiqlal caddəsində - Taksim meydanı yaxınlığında 5 nəfərin ölümü, 20 nəfərin yaralanması ilə nəticələn partlayış baş verib. Həmçinin ölkənin cənub – şərqində ordu ilə PKK terror qruplaşması arasında toqquşmalar davam edir.


Şərhlər