Menu

Terim Əmrə Belezoğlunu Fransaya aparmağı planlaşdırır

28.03.2016, 22:31
Terim Əmrə Belezoğlunu Fransaya aparmağı planlaşdırır

Türkiyə millisinin baş məşqçisi Fatih Terim "AVRO-2016"ya aparacağı heyətdə sürprizə imza atmağa hazırlaşır. ANS PRESS-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər verib.

Xəbərdə bildirilir ki, Avropa çempionatında Mehmet Topalı mərkəz müdafiəçisi mövqeyinə çəkməyi planlaşdıran "İmperator" sərəncamında Ozan Tufan və Selcuk İnandan başqa hücumameylli yarımmüdafiəçi olmadığından Əmrə Belezoğlunu da Fransaya aparmağı planlaşdırır.

Terimin İsveçlə matçdan sonra verdiyi "Yarımüdafiəçilərimizin sayının bir az daha artıq olması vacibdi. Bizdə kənar oyunçular daha çoxdur, mən onlardan yarımmüdafiəçi kimi istifadə etməyə çalışıram. Uyğunlaşmaqda bir az çətinlik çəkirik" açıqlaması da bu qərara səbəb göstərilir.

Əmrə Belezoğlu

Əmrə Belezoğlu

Hazırda "Başakşəhər"də çıxıq edən Əmrə Belezoğlu karyerası ərzində "Qalatasaray", "Fənərbaxça", "İnter", "Nyukasl" və "Atletiko"nun formasını geyinib. 2000-2014-cü illərdə Türkiyə millisinin formasını geyinən 35 yaşlı futbolçu 94 oyunda 10 qol vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol