Azərbaycan Dövlət Sərhəd Xidməti qurumda yoxlamalar aparılması və dörd generalın sərəncama göndərilməsi barədə bəzi KİV-lərdə yayılan xəbərə münasibət bildirib.
DSX-nın Mətbuat Mərkəzindən APA-ya bildirilib ki, onlarda heç bir yoxlama həyata keçirilmir, və generalların sərəncama göndərilməsi barədə yayılan məlumatlar həqiqətə uyğun deyil və tamamilə yalandır.


Şərhlər