Menu

Dolların gələcəyi ilə bağlı önəmli qərar - FED uçot dərəcəsini artıracaq

30.03.2016, 00:37
Dolların gələcəyi ilə bağlı önəmli qərar - FED uçot dərəcəsini artıracaq

FED rəhbəri: Ənənəvi siyasətlə qlobal iqtisadi problemlərə cavab vermək məqbul sayılmır

Qlobal iqtisadi risklərin mövcudluğu ABŞ Federal Ehtiyatlar Sisteminin (FED) rəhbərliyini uçot dərəcəsinin artırılması prosesinə daha ehtiyatlı yanaşmağı vadar edir.

“APA-Economics” xəbər verir ki, bunu FED-in rəhbəri Canet Yellen Nyu-York İqtisadi Klubunda çıxışı zamanı bildirib.

"Hazırkı aşağı uçot dərəcəsi ilə qlobal iqtisadi problemlərə cavab olaraq FED-in ənənəvi siyasət yürütməsi məqbul sayılmır. Qlobal proseslər riskləri artırır və iqtisadi, o cümlədən maliyyə mühiti uçot dərəcəsini artırdığımız ötən ilin dekabr ayından daha əlverişsiz olur”, — deyə C. Yellen bildirib.

Bununla yanaşı, FED rəhbəri uçot dərəcəsinin konkret olaraq hansı ayda artırılacağını dilə gətirməyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol