Menu

"Dedim, başın xarabdı, mən bütün Qafqazın şeyxiyəm" - Allahşükür Paşazadə

30.03.2016, 13:19

seyxallahsukur02_110“Fəxrəddin Abbaszadənin ermənilərin tədbirində iştirakı məni hiddətləndirir. Təəssüf ki, içimizdən belələri də çıxır”.

APA-nın məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə deyib.

QMİ sədri bildirib ki, Ələkrəm Hümmətov bir vaxt ona Lənkəranın şeyxi olmasını təklif edib: “Dedim, başın xarabdı, mən bütün Qafqazın şeyxiyəm. Fəxrəddin Abbaszadə, Ələkrəm Hümmətov kimi insanlar satqın, xaindirlər. Biz moizələrimizdə belə məsələləri də nəzərə çatdırmalı, bizə qarış təbliğat aparanlara sözümüzü deməliyik".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol