Menu

Dünya okeanının səviyyəsi proqnozları üstələyir!

31.03.2016, 11:03
Dünya okeanının səviyyəsi proqnozları üstələyir!

Xarici KİV-lər xəbər verirlər ki, dünya okeanının səviyyəsi proqnoz edildiyindən sürətlə qalxır (Exo Moskvı).

«Son məlumatlara görə, Antraktidanın buz örtüyü əvvəllər düşünüldüyündən xeyli az stabildir» - deyə, «Qardian» nəşri yazır.

Birləşmiş Millətlər Təşkilatının (BMT) mütəxəssisləri əvvəlcədən təsdiqləyirlər ki, 21-ci əsrdə dünya okeanının səviyyəsi 1 metrə qədər qalxacaq. Amma bu zaman onlar həmin artıma Antraktidanın verəcəyi əhəmiyyətli töhfəni nəzərə almayıblar.

Antraktida ətrafında buzlaqların sürətlə əriməsi səbəbilə, burada okeanın səviyyəsi 2100-cü ildə orta hesabla, 2 metrə qədər yüksələ bilər.

Mütəxəssislər hesab edirlər ki, atmosferə tullanan karbon qazının həcmi aşağı salınmasa, bu proqnoz özünü doğruldacaq. Vəziyyətin bu cür davam etməsi Nyu-York, Mumbai və Quançjou kimi şəhərlərin miqyaslı dağıntılara məruz qalacağı təhlükəsi ilə hədələyir.

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol