Menu

ABŞ Rusiya sərhəddinə 13 min əsgər göndərir

31.03.2016, 11:33
ABŞ Rusiya sərhəddinə 13 min əsgər göndərir

ABŞ Şərqi Avropadakı hərbi kontingentini gücləndirir. Lent.az-ın BBC-yə istinadən məlumatına görə, Rusiyanın son vaxtlar nümayiş etdirdiyi aqressiv hərbi siyasətə cavab olaraq ABŞ ordusu Şərqi Avropadakı kontingentinə əlavə 13 min 500 nəfərlik hücum alayı əlavə edəcək.

ABŞ-ın Avropadakı hərbi kontingentinə rəhbərlik edən general Filip Bredlav yazılı açıqlamasında bildirib ki, plan Şərqi Avropa və digər bölgələrdə Rusiyanın hücumlarından sonra NATO-dakı müttəfiqlərə etibarlı tərəfdaş olduqlarını nümayiş etdirir.

General əlavə edib ki, bölgəyə 3 hərbi birləşmə göndəriləcək və hər bir birləşmədə 4 min 500 əsgər olacaq. Birləşmələr 9 aydan bir dislokasiya ediləcək.

Qeyd edək ki, ABŞ-ın müdafiə naziri bir müddət əvvəl Avropadakı hərbi kontingentlərinin həcminin 4 dəfə artırılacağını bəyan etmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol