Bakıda turizm şirkətindən oğurluq edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, yanvarın 12-də Bakı şəhər sakini Həsən Həsənova məxsus turizm şirkətinin ofisindən 2700 manat və müşahidə kamerası oğurlanıb.
Nərimanov RPİ 16-cı Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Zöhrab Həsənov tutulub.

Şərhlər