Menu

Rusiya Donetski işğalla hədələyir

14.03.2014, 17:09
Rusiya Donetski işğalla hədələyir

Dünən axşam Ukraynanın çərqindəki Donetsk şəhərində ayrlı- ayrılıqda iki mitinq keçirilib. Ukraynanın vahidliyinin tərəfdarları və ruspərəst aktivistlərin təşkil etdiyi mitinq iştirakçıları arasında kütləvi dava ilə nəticələnən güclü qarşıdurma baş verib.

Kütləvi İnformasiya Agentliklərinin verdiyi məlumata görə, həmin hadisə zamanı bir nəfər ölüb, 26 nəfər isə yaralanıb. Yaralananlardan üç nəfəri neyrocərrahiyyə mərkəzində əməliyyat olunub. Öldürülən şəxsin kimliyi isə bəlli olub. Bu “Azadlıq” partiyasının keçmış mətbuat xidmətinin katibi Dmitriy Çernyavskidir. Milis tərəfindən kütləvi davanın dörd iştirakçısı saxlanılıb.

Yaranmış vəziyyətlə əlaqədar olaraq Ukrayna prezidentinin səlahiyyətlərini icra edən Aleksandr Turçinov Daxili İşlər Nazirliyinə Donetskdəki hadisənin günahkarlarının tapılıb cəzalandırılması əmrini verib.

"Komsomolskaya Pravda” qəzetinin məlumatına görə, Donetskdəki hadisəni şərh edən Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi deyib:

”Rusiya Ukraynadakı həmvətənlərının həyatına cavabdeh olmasını yaxşı dərk edir və oradakı insanların müdafiə altına alınması hüququnu özündə saxlayır.”

Nazirlik rəsmisinin bu açıqlaması Rusiyanın Donetskə hərbi qüvvə yeridə biləcəyinin anonsu hesab olunub.

V.Nəsibov

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol