Menu

Finlandiya vətəndaşları hər ay qeyd-şərtsiz 550 avro alacaqlar!

31.03.2016, 19:13
Finlandiya vətəndaşları hər ay qeyd-şərtsiz 550 avro alacaqlar!

Xarici KİV-in məlumatına görə, Finlandiya hökuməti məşğulluğundan asılı olmayaraq, hər ay vətəndaşlarına 550 avro nağd pul ödəyəcək (Exo Moskvı).

Hökumət gələn ildən başlayaraq, vətəndaşların qeyd-şərtsiz əsas gəliri üzrə pilot layihəni həyata keçirməyi planlaşdırır (Royter). Layihəyə əsasən, 2 il ərzində 10 min əmək qabiliyyətli vətəndaş bu yardımı alacaq.

Nəzərdə tutulub ki, həmin qeyd-şərtsiz gəlir sosial ödənişləri əvəz edəcək və eksperiment uğurlu sayılarsa, qeyd-şərtsiz gəlir Finlandiyanın sosial təminat sisteminə daxil ediləcək.

Qeyd edək ki, sözügedən məbləğ, avronun indiki məzənnəsi ilə 990 manat təşkil edir. Nəzərə alsaq ki, Finlandiya neft-qaz ölkəsi deyil və bu sektordan külli gəlirlər əldə etmir, o zaman fin hökumətinin bu addımı alqışlar doğurmaya bilməz! Digər tərəfdən isə məntiqi sual yaranır: Bəs, Azərbaycan hökuməti nə vaxt vəitəndaşlarının qayğısına beləcə qalacaq? Nədən ki, indi Azərbaycanda heç işləyən vətəndaşın əmək haqqı da 990 manat təşkil etmir, nəinki qeyd-şərtsiz gəliri!

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol