Rusiya birjası həftənin son iş gününə itkilərlə başlayıb, rubl isə dollar qarşısında güclənib.
Moskva Birjası (MICEX) indeksi 0,9% düşərək 1.853 bəndə, RTS indeksi də 0,6 faiz azalma ilə 871 bəndə enib.
Rusiya rublu isə bir miqdar güclənərək dollar qarşısında 66,96, avro qarşısında 76,19-dan əməliyyat görür.
Analitiklər, neftdə əhəmiyyətli yüksəliş baş verməməsinə baxmayaraq, dollar/rubl məzənnəsinin ABŞ Mərkəzi Bankının sədri (Fed) Janet Yellenin, Fed-in faiz artırmaqda təmkinli olacağını açıqlamasının ardından dəyər qazandığına işarə edirlər.


Şərhlər