Menu

Obama-Ərdoğan görüşünə azərbaycanlı xanım da qatılıb

01.04.2016, 20:42
Obama-Ərdoğan görüşünə azərbaycanlı xanım da qatılıb

ABŞ prezidenti Barak Obama ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqtonda nüvə sammiti çərçivəsində keçirilən qısa görüşündə Olcay Radjed adlı azərbaycanlı xanım da iştirak edib.

Virtualaz.org bildirir ki, bu barədə Facebook sosial şəbəkəsinin istifadəçiləri məlumat yayıblar. Onların yazdığına görə, həmin xanım Obamanın tərcüməçisidir.

"Obamanın tərcüməçisi Olcay xanım Azərbaycan əsillidir. O 20 gün ərzində həm də bizim tərcüməçimiz olub", - deyə ABŞ-da keçirilən International Visitor Leadership Programı (IVLP) üzrə tədbirdə ştirak etmiş jurnalist Vüsal Gözəlov sosial şəbəkədə qeyd edib

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol