Ermənistan silahlı qüvvələri bu gün daha bir əsgərini itirib. Virtualaz.org xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən bu gün səhət saat 9 radələrində Azərbaycanla sərhəd Tavuş vilayətinin İcevan şəhəri yaxınlığında çağırışçı əsgər Gevork Asoyan başından güllələnmiş halda döyüş mövqeyində tapılıb.
Əsgərin hansı şəraitdə vurulduğu açıqlanmır. Xatırladaq ki, bu gün təmas xəttinin Kəlbəcər-Tərtər istiqamətində erməni qüvvələrinin bir əsgəri Azərbaycan ordusunun snayperi tərəfindən vurulub.


Şərhlər