İŞİD terror qruplaşmasının lideri Əbu Bəkr Əl Bağdadi sağdır.Virtualaz.org “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ komandanlığının Yaxın Şərqdəki nümayəndəsi Stiven Uorren bildirib.
“Güman edirik ki, Əl Bağdadi sağdır və İraqla Suriya arasında yerdəyişmə edir. Biz daim onun axtarışındayıq və digər terrorçular kimi, onu da məhv etmək niyyətindəyik. O, layiq olduğu cəzanı alacaq. Bu ya raket, ya da həbsxana kamerasının qaranlıq damı olacaq”, - deyə S.Uorren bildirib.


Şərhlər