Rusiya KİV-nin yaydığı məlumata görə, tanınmış rusiyalı jurnalist Dmitri Tsilkin bu gün Sankt-Peterburqda öldürülüb (Exo Moskvı).
Onun meyiti yaşadığı mənzildə tapılıb. İstintaq komitəsinin yerli strukturunun nümayəndəsinin verdiyi məlumata görə, faktla bağlı «qətl» maddəsi ilə cinayət işi qaldırılıb.
Dmitri Tsilkinin 54 yaşı vardı. O, bir çox yerli və federal nəşrlərlə, o cümlədən, «Exo Peterburqa» radiosu ilə əməkdaşlıq edib.
Həmkarları onun ölümündən kədərləndiklərini ifadə edirlər. Şəhər jurnalistləri ittifaqının sədri Lüdmila Fomiçeva əmin edib ki, jurnalistin doğmalarına yardım göstəriləcək.
AzPolitika.info


Şərhlər