Menu

Stefan Şennax Azərbaycana gəlir

02.04.2016, 10:08
Stefan Şennax Azərbaycana gəlir

AŞPA-nın Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi olan avstriyalı deputat Stefan Şennax Azərbaycana səfər edəcək.

AŞPA-nın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, aprelin 6-8-də baş tutacaq səfərin məqsədi Azərbaycanın Avropa Şurası önündə götürdüyü öhdəliklərinin yerinə yetirilməsinin qiymətləndirilməsidir.

Qeyd edək ki, bu, S.Şennaxın həmməruzəçi təyin olunmasından sonra Azərbaycana ilk səfəridir. O bu vəzifəyə 2015-ci ilin dekabrında təyin olunub. Bu postda avstriyalı parlamentari polşalı deputat Tadeuş İvinskini əvəz edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol