Ukraynanın xalq deputatı, Krım tatarlarının lideri Mustafa Cəmilev Krıma BMT qoşunlarının yeridilməsi ilə çıxış edib. O deyib:
“BMT və ya NATO-nun qoşunları geniş masştablı qan axıdılanda güc nümayiş etdirirlər. Biz isə istəyirik ki, bu güc qırğın başlamamışdan əvvəl göstərilsin. Problem nədədir? Bizə cavab verdilər ki, qüvvə tətbiq olunmasından söz getmir, ancaq tədbirlər paketi hazırlanır. Rusiya Ukraynanın torpaq bütövlüyünə hörmət etməsə bu ona baha başa gələcək. Yox, əgər Rusiya bunu anlayaraq bizim ərazini qoparmaq istəyirsə? Bax bu suala cavab tapa bilmirəm. Bu cür referendumun işğal altında keçirilməsi sadəcə olaraq elementar demokratik prinsiplər üçün təhqirdir.”
Xatırladaq ki, bu gün Müstafa Cəmilev NATO baş katibinin müavini Aleksandr Verşbou ilə görüşüb.
V.Nəsibov


Şərhlər