Menu

Polis Bakıda 2 silahlı şəxsi zərərsizləşdirdi

02.04.2016, 13:30
Polis Bakıda 2 silahlı şəxsi zərərsizləşdirdi

Azərbaycanda polis iki nəfər silahlı şəxsi zərərsizləşdirib.

Trend Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Qaradağ rayonunda Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş İlqar Əliməmmədovdan “TT” markalı tapança və 8 ədəd patron götürülüb.

Həmin gün Binəqədi RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Abbas Məmmədovdan “AK” markalı silah, 3 ədəd patron darağı və 231 ədəd patron götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol