Bu günün əsas xəbərlərindən biri - birincisi Azərbaycanın işğal altında olan torpaqlarında Dağlıq Qarabağda baş verən döyüşlər olub. Artıq region ölkələri ilə yanaşı dünya mətbuatı da bu hadisəyə önəmli yer ayırıb. "Reuters""Euronews", CNNTürk, BBC, İHA kimi dünya mətbuatının nəhəngləri təmas xəttindəki atışmanı və Azərbaycanın 12 şəhid verməsinə geniş yer verib.
Məlumatlarda həmçinin Rusiya prezidenti Vladimir Putinin tərəflərə çağırışı da yer alıb.
Azərbaycana ən böyük dəstək verənlərdən biridə heç şübhəsiz ki, Türkiyə olub. Belə ki, bu ölkədə #TürkiyeSeninleAzerbaycan heşteqi "Tvitter"in lider payalaşımı olub.
Bu heşteqlə türklər Azərbaycanın yanında olduqlarını, dəstəklərini nümayiş etdirirlər.


Şərhlər