Menu

Zakir Həsənov Türkiyə ordusunun rəhbərləri ilə cəbhədəki vəziyyəti müzakirə edib

02.04.2016, 21:58
Zakir Həsənov Türkiyə ordusunun rəhbərləri ilə cəbhədəki vəziyyəti müzakirə edib

Türkiyə və Azərbaycanın müdafiə nazirləri cəbhədə yaranmış vəziyyəti müzakirə ediblər.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz, həmçinin Baş Qərargah rəisi, ordu generalı Hulusi Akarla Azərbaycanın işğal olunmuş ərazilərində baş vermiş hadisələri və burada yaranmış vəziyyəti telefonla müzakirə edib.

Danışıqlar zamanı Türkiyə tərəfi Azərbaycanın tam haqlı mövqedə olduğunu bir daha vurğulayıb, Azərbaycana dəstək olduğunu qətiyyətlə ifadə edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol