Menu

Əhməd Davudoğlu prezident İlham Əliyevə zəng edib

03.04.2016, 00:29
Əhməd Davudoğlu prezident İlham Əliyevə zəng edib

Türkiyənin baş naziri Əhməd Davudoğlu aprelin 2-də Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

APA-nın xəbərinə görə, Türkiyənin baş naziri Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrdə hərbi qulluqçularımızın həlak olması ilə bağlı başsağlığı verib, Ermənistanın təxribatının qarşısının alınması ilə əlaqədar təbriklərini çatdırıb və öz dəstəyini ifadə edib.

Dövlət başçısı Azərbaycan ordusunun təmas xəttində Ermənistanın təxribatının qarşısını qətiyyətlə aldığını və lazımi cavab verdiyini bir daha vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol