Menu

İraq ordusu İŞİD-in yeraltı həbsxanasından 1500-dək əsiri azad edib

03.04.2016, 07:32
İraq ordusu İŞİD-in yeraltı həbsxanasından 1500-dək əsiri azad edib

İraq ordusu İŞİD terror qruplaşmasının həbsxanasından 1500-dək əsiri azad edib. APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, İraq hərbçiləri əsir saxlanılan şəxsləri Anbar əyalətinin Xit şəhəri uğrunda gedən döyüşlər zamanı aşkarlayıblar.

Polis polkovniki Fadel ən-Nimravi bildirib ki, gizli “həbsxana” terrorçular tərəfindən yerin altında yaradılıb. Orada saxlanılan 1500-dək əsir və girovlar hərbçilər tərəfindən azad edilib. Onların əksəriyyətinin mülki şəxs olduğu bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol