Menu

Qoşunların təmas xəttində gərginlik davam edir - MN

03.04.2016, 22:17
Qoşunların təmas xəttində gərginlik davam edir - MN

Hazırda Azərbaycan Ermənistan qoşunlarının təmas xəttində gərginlik davam edir. Bunu APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı deyib.

V. Dərgahlı qeyd edib ki, hazırda cəbhənin Tərtər-Ağdərə və Füzuli istiqamətlərində atəşkəs pozulur.

"Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir" deyə Dərgahlı qeyd edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol