Mirzə AĞ
Cəbhədəki son hadisələrin fonunda Azərbaycan KİV-nin eyforiyaya qapıldığı, Rusiya KİV-nin isə Azərbaycana çamur üfürdüyü bir zamanda, mən qəflətən erməni harsınının (Marqarita Simonyan) rəhbərlik etdiyi «Sputnik» radiosunu xatırladım. Tezliklə onun rus dilində yaydığı bir informasiyaya rast gəldim. Təxminən, saat 20:00 - də efirə getmiş «Bakı Dağlıq Qarabağdakı əməliyyatların məqsədlərini açıqladı» başlıqla həmin informasiyada döyüş bölgəsində baş verənlər barədə qısaca, həm də «sətiraltı ibarələr»lə zəngin və xeyli dolaşıq üslubda söhbət açılır. Məlumatın sonunda isə «Sputnik Azərbaycan»ın erməni xisləti özünü bütün iyrəncliyi ilə büruzə verir.
Görün bu yerdə Marqonun «Sputniki» rusdilli oxuculara (əsasən, Rusiya əhalisinə) necə məkrli bir «şərh» ünvanlayır: «Əhalisinin əksəriyyəti etnik ermənilərdən ibarət olan Dağlıq Qarabağ 1991-ci ildə Azərbaycandan ayrılaraq, özünün müstəqilliyini elan edib. Bakı bölgəni güc əməliyyatları ilə öz nəzarəti altına almaq istəsə də, uğursuzluğa düçar olub. 1994-cü ildə Rusiyanın vasitəçiliyi ilə Azərbaycan, Ermənistan və tanınmamış Qarabağ Respublikası atəşkəs barədə Bişkək protokolu imzalayıb. Bölgənin sərhədlərində qeyri-sabit vəziyyət hökm sürür».
Bax, belə...
Bəs, bizimkilər deyirdi ki, Ermənistan gəlib bizim əzəli torpaqlarımız olan Qarabağın dağlıq hissəsini işğal ediblər, özü də Rusiyanın bilavasitə-yaxından hərbi iştirakı sayəsində? İndi Marqonun «Sputnik»i bizim «yalanımız»ı görün necə «ifşa» etdi. Deməzsənmi, Dağlıq Qarabağda əsasən, «etnik erməni»lər yaşayırmış. O ki, qaldı həmin «etnik ermənilər»in bu bölgəyə necə və nə vaxt «düşməsi»nə, bunun heç bir əhəmiyyəti yoxdur, çünki Karapet oturub İvanın qucağında - İvandan «güc alır». Əcəba, bəs yüz minlərlə azərbaycanlı (azəri türkü) hansı bölgədən məcburi köçkün düşüb?..
Erməni hər yerdə və hər zaman ermənidir - onun yaxşısı-pisi olmur. Bir atalar məsəlində deyildiyi kimi, «ilanın ağına da, qarasına da lənət!». Son illər bir deyim də formalaşıb - yaxşı erməni, ölü ermənidir! Marqo bu deyimlərin nə qədər doğru olduğunu öz «Sputnik»i ilə bir daha ortaya qoydu...
Marqonun «Sputnik»i Azərbaycanda «özünü rahatlayan» vaxt bir məqalə yazmışdım (««Sputnik» radiosu - Azərbaycan cəbhəsi», 10.07.2015) və bu şeytan yuvasına lisenziya veməyin necə bir yanlış olduğunu iddia etmişdim. Buyurun, baxın ki, Marqo indi nə pəstahlar çıxarır...
Əyani olsun deyə, həmin məqaləni bir daha hörmətli oxucuların mühakiməsinə təqdim edirəm, buyurun...
***
Мüаsir dövrdə Rusiya özünün işğalçılıq siyasətini həyata keçirmək üçün hərbi gücdən çox, informasiya faktorundan istifadə edir. Postsovet məkanında şimal qonşumuzun bu cəbhədə inamla irəlilədiyi açıq-aydın hiss olunur. Azərbaycan da bu sıradan istisna deyil. Həm də ölkəmizin düşünülmüş-mükəmməl informasiya siyasəti olmadığından, bu məkanda Rusiya kütləvi informasiya vasitələri hər-hansı peşəkar maneəyə rast gəlmədən, meydan sulayırlar.
Heç təsadüfi deyil ki, bir çox siyasətçilər, analitiklər Krımın Rusiya tərəfindən «bir göz qırpımında və səssiz-səmirsiz» ilhaq edilməsini məhz «ikibaşlı qartal»ın Ukraynada (həm də Krımda) uzun illər maneəsiz həyata keçirdiyi dağıdıcı informasiya siyasətinin dolayı nəticəsi hesab edirlər.
Proseslərin təhlili göstərir ki, Ukrayna hakimiyyəti gec də olsa, Krımın ilhaqından sonra «ayılıb» və Rusiyanın (və digər yabançı dövlətlərin) informasiya təcavüzünü önləmək məqsədilə, ölkənin İnformasiya Siyasəti nazirliyini yaradıb.
Nə qədər acı olsa da, etiraf etməliyik ki, bu istiqamətdə Azərbaycanda vəziyyət ilhaq öncəsi Ukraynada olduğundan daha pisdir. Belə ki, ölkəmizdə Rusiyanın çox güclü «5-ci kolon»u sərbəst «nəfəs alır», Azərbaycanın efir məkanında Rusiya kanalları meydan sulayır, radioları «imperiya siyasəti püskürür», rusdilli qəzetlər daha operativ və əhatəli nəşr olunur, Rusiya nəşrləri operativ qaydada ölkəmizə gətirilir və s. Görünür, məhz bu səbəblərdən dolayıdır ki, müstəqil Azərbaycanda rus dili Azərbaycanın dövlət dili ilə demək olar, de-fakto eyni statusda işlədilir. Azərbaycan insanı bu gün də rus dilinin yaratdığı dil maneəsi ilə addımbaşı üzləşir. Məsələn, Azərbaycanda fəaliyyət göstərən iri şirkətlərin (əsasən, özəl şirkətlər) heç biri rus dilini bilməyən azərbaycanlı mütəxəssisi, nə qədər savadlı-bacarıqlı olsa belə, işə götürmür – sanki rus dili Azərbaycanın dövlət dili imiş! Əslində bu, Azərbaycan vətəndaşının ölkə qanunları ilə nəzərdə tutulmuş hüquqlarının kobud şəkildə pozulması deməkdir. Bu səciyyəli qanun pozutusu ilə mübarizə aparan dövlət qurumu isə yoxdur. İctimai mübarizə də sıfıra bərabərdir. Bu fonda, ölkə KİV-i tərəfindən Azərbaycan dilinin bilərəkdən və ya savadsızlıq üzündən ciddi şəkildə təhriflərə məruz qoyulması, deməli ictimai-siyasi, elmi-populyar, diplomatik dil olaraq, nüfuzdan salınması daha ciddi narahatlıq doğurur…
Bütün bunlar az imiş kimi, indi də Rusiyanın «Sputnik» radiosu Azərbaycan efirindən yerli əhalinin «verbovka»sına başlayıb. Bu barədə yayılan məlumatlarda deyilir ki, sözügedən radio Rusiyanın «Rossiya seqondya» beynəlxalq informasiya agentliyinin tərkibində fəaliyyət göstərir. Daha «maraqlı» isə burasıdır ki, həmin agentliyin baş redaktoru «daşnak övladı» Marqarita Simonyandır! Hesab edirəm ki, heç olmasa Azərbaycanın KİV nümayəndələri bu harsının «peşəkar ictimai-siyasi» fəaliyyətindən xəbərdardırlar və «Movses Xorenatsi» medalı aldığını da bilirlər. İndi həmin harsının rəhbərlik etdiyi «Sputnik» radiosu Azərbaycan dinləyicisinə «ermənicə vağzalı» havası çalıb, «5-ci kolon»u feyziyab edəcək…
P.S. Rusiyanın«Sputnik» radiosunu Azərbaycana gətirib, oz efir vaxtını ona «bagıslayan» radionun rəhbərliyinə uz tutub, demək istəyirəm: «Qonaqoturan»lik edib, harsının (Marqonun) rəhbərlik etdiyi radionu Azərbaycana gətirməyin məsuliyyətini düşünün! Nəhayət ki, vətəndaş mövqeyinizi ortaya qoyub, Azərbaycanın maraqlarına xidmət gostərin - Simonyanla bağladığınız müqaviləni ləğv edin!

Şərhlər