Menu

"Putin nə Əliyevə zəng edib, nə də Sərkisyana" - Peskov

04.04.2016, 15:50
"Putin nə Əliyevə zəng edib, nə də Sərkisyana" - Peskov

Rusiya prezidenti Vladimir Putin hələlik nə Azərbaycan prezidenti İlham Əliyev, nə də Ermənistan prezidenti Serj Sərkisyanla telefon əlaqəsi saxlamayıb.

Virtualaz.org RİA-Novosti-yə istinadən bildirir ki, bunu jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Hələlik telefon danışığı olmayıb. Bilirsiniz, nazirlər səviyyəsində intensiv dialoq aparılır, əgər daha yüksək səviyyədə təmas olacaqsa, bu barədə sizə mütləq müvafiq məlumat veriləcək", - deyə D.Peskov vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol