Menu

"Facebook"da Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb

05.04.2016, 13:19
"Facebook"da Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb

Aprelin 5-dən "facebook" sosial şəbəkəsində Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin rəsmi səhifəsi fəaliyyətə başlayıb.

Bu barədə “Report”a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə Nazirliyinin təqdim etdiyi məlumatları operativ şəkildə əldə etmək istəyənlər yeni yaradılmış səhifəyə aşağıdakı keçid vasitəsilə qoşula bilərlər: https://www.facebook.com/www.mod.gov.az

Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrin adına "facebook" sosial şəbəkəsində digər səhifələr açmış şəxslərə məlumatların bir mənbədən yayılması və mümkün dezinformasiyanın qarşısının alınması məqsədilə onların tez bir zamanda bağlanılması tələb olunur.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol